525.Az

"İşğaldan azad edilmiş ərazilərdə seçici fəallığı yüksəkdir” -  QHT koalisiyası


 

"İşğaldan azad edilmiş ərazilərdə seçici fəallığı yüksəkdir” - <b style="color:red"> QHT koalisiyası</b>

“Seçki dairələri və seçki məntəqələri üzrə təhkim olunmuş müşahidəçilərimizlə mütəmadi əlaqələr saxlanılır. Səsvermənin gedişatı ilə bağlı bütün qeydlər sənədləşdirilir. İndiyə qədər aldığımız məlumatlara əsaslanıb deyə bilərik ki, seçki məntəqələri qanunvericiliyin tələbləri çərçivəsində fəaliyyətə başlayıb və proses davam edir”.

525.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında “Sivil Toplum” Monitorinq Koalisiyasının həmtəsisçisi Qorxmaz İbrahimli deyib.

O bildirib ki, seçki fəallığı olduqca yüksəkdir:

“Müşahidəçilərin qeydlərinə əsaslanaraq seçicilərin aktiv şəkildə səsvermə prosesində iştirak etdiyini bildirmək istərdim. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə yaradılan seçki məntəqlərində kütləvilik qeydə alınır. Hazırkı vaxta qədər hər hansı bir qanun pozuntusu müşahidə olunmayıb”.

 





07.02.2024    çap et  çap et