525.Az

"Vətəndaşlar seçkiyə məsuliyyətli şəkildə yanaşırlar" - Sergey Voronin


 

"Vətəndaşlar seçkiyə məsuliyyətli şəkildə yanaşırlar" - <b style="color:red"> Sergey Voronin</b>

"Bu gün Bakıda hava çox gözəldir. Sanki hava şəraiti belə seçki prosesinə öz töhfəsini verir".

525.az Secki-2024.az saytına istinadən xəbər verir ki, bunu Rusiyadan olan beynəlxalq müşahidəçi Voronin Sergey deyib.

"Mən ilk dəfə deyil ki, Azərbaycanda oluram. Keçən seçkilərdə də mən Bakıda iştirak etmişəm. Ötən illərdə olduğu kimi bu ildə görürəm ki, hər şey çox şəffaf və demokratik şəkildə həyata keçirilir. Hazırda insanların gəlişindən hiss olunur ki, onlar seçkiyə çox məsuliyyətli şəkildə yanaşırlar".

 





07.02.2024    çap et  çap et