525.Az
Metro qış qrafikinə keçir
“Bakı metrosu sentyabrın 15-dən qış qrafikinə keçəcək”.
Bunu Lent.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev bildirib.
O qeyd edib ki, yeni qrafikə əsasən, xəttə 30 cüt qatar buraxılacaq.
“İntervallar 1.5-2.5 dəqiqəyə qədər azaldılacaq. Çünki yay qrafikində metroda gündə 400-450 min sərnişin girirsə, qışda bu rəqəm 700 minə çatır”.
Şöbə müdiri vurğulayıb ki, buna görə də qatarların sayını artıraraq, interval azaldılacaq.
12.09.2014
çap et