525.Az

Musiqi mədəniyyətimizdə parlaq imza - professor Elmira Səfərova


 

Musiqi mədəniyyətimizdə parlaq imza - professor Elmira Səfərova <b style="color:red"></b>

Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Elmira Yusif qızı Səfərovanın anadan olmasından 80 il keçir. E.Y.Səfərovanın məqaləsindən sitatlardan birini təqdim etmək istərdim: "Müəllim üçün öz yetirmələrinin müvəffəqiyyətini görmək, onların həyatda özlərinə necə möhkəm yer tutduqlarının şahidi olmaq böyük xoşbəxtlikdir. Mən özümü belə xoşbəxtlərdən biri sayıram. Çünki tələbələrim musiqi aləmində özlərinə məxsus yer tutublar". Həqiqətən , əsl müəllim üçün öz yetirmələrinin uğurlarını görmək onların yaradıcı uğurlarının canlı şahidi olmaq əsl xoşbəxtlikdir. Azərbaycanın əməkdar incəsənət xadimi, professor E.Y. Səfərovanın onun tələbələrinin belə uğurlarının sayı çoxdur. Mən xoşbəxtəm ki, Elmira xanımın tələbəsiyəm onun sinfində yaşadığım o gözəl anları heç vaxt unutmuram.

Azərbaycan musiqi mədəniyyətinin parlaq nümayəndəsi olan E.Y. Səfərovanın yaradıcılıq yolu musiqiyə bütünlüklə həsr olunmuş bir ömürdür.

Hər şey isə bundan başlamışdı. Musiqiyə sevgi E.Y.Səfərovada hələ erkən uşaqlıq dövründə özünü büruzə verdi. Balaca Elmira kamil eşitmə qabiliyyətinə fitri artistlik istedadına malik idi. Onun musiqi təhsilinin bünövrəsi Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik məktəbdə, müəllimi T.S.Qruşkonun sinfində qoyulmuşdu. Bu məktəbdə təhsilini bitirdikdən sonra o, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında, professor M.R.Brennerin sinfində ali musiqi təhsili alır.  Daha sonra öz musiqi təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında, professorlar A.V.Şatskesın Y.V.Fliyerin sinfində davam etdirir. Moskvada aspirantura təhsilini bitirdikdən sonra, E.Y. Səfərova Bakıya qayıdır 1961-ci ildən etibarən, Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında 2 saylı "İxtisas fortepiano" kafedrasında məhsuldar pedaqoji fəaliyyətinə başlayır.

Özünün pedaqoji fəaliyyəti ərzində E.Y.Səfərova çox böyük işlər həyata keçirərək, altmışa yaxın məzun yetişdirir. Yüksək ixtisaslı, dərin bilikli, məqsədyönlü olması, bitib-tükənməyən çalışqanlığı, özünə  tələbələrinə qarşı tələbkar münasibəti, gənc kadrları yetişdirmək istəyi böyük ifaçılıq təcrübəsi onun xüsusi pedaqoji irsini formalaşdırıb.

E.Y. Səfərova adi pedaqoq deyildi. Onun pedaqoji fəaliyyəti bütün tələbələrinə xüsusi yaradıcı münasibətlə aşıb-daşırdı. Onun həssas yaradıcılıq duyumu böyük inam aşılayırdı ki, hər tələbə - öz-özlüyündə bir individumdur fərdi yanaşma  tələb edir. Bu cəhət hər bir tələbənin güclü zəif tərəflərini müəyyən etməyə, onları kamilləşdirməyə əsas verirdi. O, özünün "memarlıq abidəsini" zərrədən ucaltmağı bacarırdı. Bu gün həmin abidə E.Y.Səfərovanın "fortepiano məktəbi" adlanır.

Elmira xanımın nailiyyətlləri xidmətlərini xeyli sadalamaq olar. Həm ifaçının özünün, həm onun tələbələrinin  ardıcıl sıraya düzülən klassik konsertlərinin çoxsaylı afişaları, E.Y.Səfərovanın fortepiano sənətinin müxtəlif metodik aspektlərinə  həsr olunmuş elmi əsərləri bunun təsdiqidir.  E.Y.Səfərovanın ifaçılıq repertuarı masştablı idi : barokko musiqisindən başlayaraq, XX əsrin müasir musiqisinə qədər geniş bir repertuarı əhatə edirdi. E.Y. Səfərova sistematik olaraq solo, kamera simfonik konsertlərlə çıxış edirdi. Dünya fortepiano klassikasının yaddaqalan əsərləri, o cümlədən, İ.S. Baxın "Çakona", F. Listin "Mefisto-vals" etüdləri, S.V.Raxmaninovun "Korelli mövzusuna variasiyalar"ı, Vyana klassiklərinin sonataları, F.Şopenin miniatürləri sonataları, N.K.Metnerin sonataları, Azərbaycan bəstəkarlarının - Q.Qarayev C.Hacıyevin əsərləri, fortepiano simfonik orkestr üçün konsertlər - C.Gerşvinin "Blüz üslubunda Rapsodiya", P.Çaykovski F.Listin 1 saylı konsertləri onun konsert proqramının bəzəyi olub.

Öz pedaqoji fəaliyyəti ərzində E.Y.Səfərova yüksək professional səviyyədə sistematik olaraq açıq sinif konsertləri təşkil  edirdi. E.Y. Səfərovanın təşkil etdiyi tematik konsertlər: klassik fortepiano gecələrindən ibarət konsertlər, "L.V. Bethovenin son dövrə aid sonataları",  N.K.Metnerin əsərlərindən ibarət konsertlər, R. Şumanın 170 illiyinə həsr olunmuş konsert, Qara Qarayevin "24 prelüd" silsiləsi digər konsert proqramları musiqiçilərin klassik musiqisevərlərin xüsusi marağına səbəb olmuşdu. Bu konsertlərdən hər birinə çox böyük əmək, enerji, təcrübə ürək sərf edilib.

 E.Y. Səfərovanın  geniş, hərtərəfli yaradıcılıq fəaliyyətinin ən yüksək nöqtəsi onun 1995-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında   təşkil etdiyi klassik müasir musiqi festivalı olub. Bir həftə boyu davam edən konsertlərdə E.Y. Səfərovanın tələbələri Azərbaycanın əməkdar incəsənət xadimi, professor Y.V. Adıgözəlovun rəhbərlik etdiyi Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestri iştirak edib. Bu festivalın milli musiqi mədəniyyəti üçün əhəmiyyət kəsb etməsini Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın Xalq artisti, professor F.Ş.Bədəlbəyli öz giriş sözündə parlaq şəkildə ifadə etmişdi: "Bizim fortepiano sənətimiz tarixində hələ bu günədək bütöv silsilə - bir pedaqoqun festivalı keçirilməmişdir. Bu, bizim musiqi həyatımızda tamamilə yeni bir hadisədir".

E.Y.Səfərovanın hərtərəfli ifaçılıq, pedaqoji elmi-metodik fəaliyyətinin tədqiqi məqalə müəllifinin 2011-ci ildə təqdim etdiyi "Elmira Səfərovanın yaradıcılığı Azərbaycan fortepiano incəsənətinin inkişafında onun rolu" adlı dissertasiya işinin müdafiəsi ilə həyata keçirilib.

2004- ildə nəşr olunmuş "Sönməyən ulduzun işığı" adlı kitab E.Y.Səfərovanın yaradıcılığına müasir Azərbaycan fortepiano incəsənətində onun roluna həsr edilib. Hazırkı sətirlərin müəllifi bu kitabın tərtibçisidir. E.Y. Səfərovaya həsr olunan kitabdakı materiallar məşhur musiqi incəsənət ustalarının, onun peşə yoldaşları məsləkdaşlarının, tələbəri yaxınlarının xatirələri əsasında tərtib olunub.

Xüsusi qeyd etmək lazımdır ki, E.Y.Səfərovanın yaratdığı pianoçuluq məktəbi bu gün inkişaf edərək, bir nəsildən digərinə ardıcıl surətdə  keçən varislik yolu ilə Azərbaycan fortepiano mədəniyyətinin ənənələrini təsdiq edir. Bu məktəbin istedadlı tələbələr dəstəsi onun başladığı nəcib işi davam etdirərək, öz uğurları ilə E.Y.Səfərovanın seçdiyi  əhəmiyyətli proqressiv yolu  təsdiq edirlər.

E.Y.Səfərovanın yetirmələri dünyanın bir çox ölkələrində konsert çıxışları ilə onun məktəbini layiqincə təmsil edirlər.  Onların arasında Azərbaycanın əməkdar artisti Gülşən Ənnağıyeva, Azərbaycanın əməkdar müəllimi, musiqi-ifaçılarının Zaqafqaziya müsabiqəsinin laureatı Məmməd Quliyev, Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Filarmoniyasının solisti Rəna Rzayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqə laureatı, Azərbaycanın əməkdar artisti Nərgiz Əliyarova, beynəlxalq müsabiqə laureatı Kəmalə Neymanova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqə laureatı Elnarə Kəbirlinskaya digərlərini qeyd etmək olar. E.Y. Səfərova sinfinin məzunu, sonra isə professor F.Ş.Bədəlbəylinin aspirantı olan, Bakıda yaradılmış Beynəlxalq muğam mərkəzinin rəhbəri, Azərbaycanın xalq artisti, beynəlxalq müsabiqələr laureatı Murad Hüseynov böyük nailiyyətlər əldə edib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında xarici ölkələrdə E. Səfərovanın pedaqoji xətti üzrə yetirmələri "nəvələri" müəllimlik fəaliyyəti ilə məşğul olurlar. Bu məktəbin nümayəndələri hal-hazırda bir nəsildən digərinə ardıcıl surətdə keçən varislik yolu ilə "Səfərovanın" pianoçuluq prinsiplərini uğurla inkişaf etdirərək, artıq yeni nəsil pianoçularını yetişdirirlər. Məsələn, BMA-nın professoru, Azərbaycanın əməkdar müəllimi T.Tsinamdzqvarişvilinin tələbələri çoxsaylı respublika, beynəlxalq müsabiqə festivalların qalibi olublar. BMA-nın professoru M.Quliyevin, BMA-nın dosentləri K.Neymanova E. Kəbirlinskayanın tələbələri beynəlxalq miqyasda böyük nailiyyətlər əldə ediblər - onlar beynəlxalq müsabiqələr festivalların laureatıdırlar.  Hər yeni bir musiqiçi nəslinin nümayəndələri bu məktəbə xas olan başlıca metodik prinsip istiqamətləri davam etdirərək, onları yaradıcı surətdə yeniləşdirirlər. Lakin Müəllim ənənələrini davam etdirsələr , onlar bu ənənələri təqlid etmir   ideallaşdırmırlar. Əksinə, bu ənənələri inkişaf etdirməyə təkmilləşdirməyə, eləcə müasir pianoçuluğun nəzəriyyə təcrübəsini öz töhfəsi ilə zənginləşdirməyə can atırlar. Milli dünya pianoçuluq ənənələrinin ən yaxşı nailiyyətlərinə əsaslanan E.Y.Səfərova davamçılarının konsert-ifaçılıq pedaqoji fəaliyyəti onun məktəbinin məhsuldarlığını, həyat qabiliyyətini potensialını təsdiq edir.

Artıq on yeddi ildir ki, Elmira xanım aramızda yoxdur. Onun fiziki yoxluğu, lakin mənəvi varlığını tələbələrindən hər biri hiss edir. Elmira xanım yoxdur, amma o, bizimlədir... Odur ki, bəzən BMA-nın 310 saylı sinif otağına daxil olmaq, o zamanlardakı kimi, pianoda ifa etmək, məsləhətləşmək, himayəsini dayağını hiss etmək, yaxud, sadəcə olaraq, ünsiyyətdə olmaq istəyi baş qaldırır. Açıq etiraf edim ki, bizim əsrdə baş verən dəyişikliklər, qloballaşma kompüterləşmə dövründə bəzən Müəllim, Musiqiçi, İnsanın yoxluğu gözə çarpacaq dərəcədə hiss olunur. Elmira xanım bizim xatirəmizdə həmişə belə qalacaq.

Bu gün biz - E.Y.Səfərovanın tələbələri öz Müəllimimizə bir daha böyük minnətdarlığımızı  bildirir, onu hörmətlə anır heç bir zaman unutmuruq. Biz xoşbəxtik  ona görə ki, E.Y.Səfərovanın "fortepiano məktəbinin" davamçılarıyıq onun sönməyən ulduzunun işığı bizi yeni üfüqlərə sövq edir ruhlandırır.

Elnarə KƏBİRLİNSKAYA,
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 





12.09.2014    çap et  çap et