Kolumbiyanın Choco bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 əsgər həyatını itirib, 3 əsgər isə yaralanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrinə məxsus helikopter Choconun Unguia bölgəsinin kənd ərazisinə düşüb.
Qəzada 5 əsgər həyatını itirib, 3 əsgər isə yaralanıb. Bölgəyə axtarış-xilasetmə qrupu göndərilib.
Qeyd edək ki, Kolumbiya rəhbərliyi ölən əsgərlərin ailələrinə başsağlığı verib və qəza ilə bağlı araşdırma başlandığını açıqlayıb.
Malik Atilay
çap et