Çilinin keçmiş prezidenti Sebastyan Pineranın helikopter qəzasında öldüyü açıqlanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl 2010-2014 və 2018-2022-ci illər arasında iki müddət vəzifədə olmuş 74 yaşlı keçmiş prezidentin helikopter qəzasında öldüyünü Pineranın keçmiş müşaviri təsdiqləyib.
Keçmiş məsləhətçi açıqlamasında Pineranın qəzadan sağ çıxmadığını, lakin helikopterdəki digər 3 nəfərin xilas edildiyini bildirib.
"La Tercera" xəbər verir ki, hökumət mənbələri qəzaya uğrayan helikopterdə dörd nəfərin olduğunu və onlardan üçünün "ilk müdaxilə edənlər tərəfindən tapıldığını" bildirib.
Qeyd edək ki, Çilinin Milli Təbii Fəlakət Agentliyi (SENAPRAD), ölkənin cənubundakı Laqo Ranko qəsəbəsində helikopterin qəzaya uğradığını, bir nəfərin öldüyünü, üç nəfərin yaralandığını təsdiqləyib.
Malik Atilay
çap et