525.Az

NASA 530 nəfəri işdən çıxarır


 

NASA 530 nəfəri <b style="color:red">işdən çıxarır</b>

NASA Jet Propulsion Laboratory (JPL) işçilərinin 530-nun büdcə kəsirləri səbəbindən işdən çıxarılacağını açıqlayıb.

525.az xəbər verir ki, Kaliforniya Texnologiya İnstitutu ilə işləyən federal maliyyələşdirilən tədqiqat və təkmilləşdirmə laboratoriyası 2024-cü maliyyə ilində Konqresdən maliyyələşmə üçün ayırma müqaviləsi üzrə əsas büdcə kəsilməsini elan edib.

Belə ki, JPL bu həftə işçi qüvvəsinin bir hissəsi olan daha 40 nəfəri işdən çıxaracağını söyləyib.

JPL meneceri Lori Leşin: "Xərclərimizi azaltmağa çalışarkən, bu ixtisarlar son aylarda etməli olduğumuz ən çətin işlərdən biridir", - deyib.

Məhəmməd Tağıyev

 





08.02.2024    çap et  çap et