Haitidə Baş nazir Ariel Henrinin istefası tələbi ilə keçirilən aksiyalarda 6 nəfər ölüb, onlarla insan yaralanıb.
525.az xəbər verir ki, Baş nazir Henrinin istefasını tələb edən minlərlə insan bir çox şəhərlərdə polislə münaqişə yaşayıb. Hadisələr zamanı 6 nəfər güllələnərək öldürülüb, onlarla insan isə yaralanıb.
Çox sayda insanın saxlanıldığı hadisələrdə təhlükəsizlik qüvvələrinin nəzarəti itirdiyi iddia edilir.
Qeyd edək ki, mağazalar, evlər və nəqliyyat vasitələri yandırıldığı üçün insanların evlərinə qapandığı bildirilib.


Məhəmməd Tağıyev
çap et