Birləşmiş Millətlər Təşkilatında (BMT) mülki şəxslərə və mülki infrastrukturlara qarşı hücumların beynəlxalq humanitar hüququn pozulması olduğuna diqqət çəkilərək: "Ukraynalılar hücum qorxusu altında yaşamamalıdır", - deyilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynaya humanitar yardım koordinatoru Denis Braun yazılı açıqlama verib.
Ukraynanın şəhər və qəsəbələrini hədəf alan hücumlardan dərin narahatlıq keçirdiyini bildirən Braun hücumların mülki vətəndaşların itkisinə səbəb olduğunu bildirib.
Əsas xidmətlərin xüsusilə Kiyev və Mikolayiv şəhərlərində hədəf alındığını vurğulayan Braun, milyonlarla insanın bu əsas xidmətlərə ehtiyacı olduğunu qeyd edib.
Braun mülki şəxslərə və mülki infrastrukturlara qarşı hücumların beynəlxalq humanitar hüququn pozulması olduğunu və mülki şəxslərin müdafiə olunmasının vacibliyini vurğulayıb.
Malik Atilay
çap et