525.Az

Pakistanda son 24 saatda 3-cü partlayış: 2 ölü, 6 yaralı


 

Pakistanda son 24 saatda 3-cü partlayış: <b style="color:red">2 ölü, 6 yaralı</b>

Pakistanın Bəlucistan əyalətində baş verən iki bombalı hücumdan sonra Kəraçi şəhərində də bombalı hücum həyata keçirilib, ilkin məlumata görə, hücum nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanda son 24 saat ərzində üçüncü bombalı hücum həyata keçirilib.

Bölgəyə çoxlu sayda polis və təcili yardım göndərilib.

Qeyd edək ki, hücumla bağlı araşdırma başladılıb.

Malik Atilay

 





08.02.2024    çap et  çap et