Nyu-Yorkda ABŞ prezidenti Co Baydenin çıxış edəcəyi binanın qarşısında küçəni bağlayan onlarla Fələstin tərəfdarı mülki nümayişçi saxlanılıb.
525.az xəbər verir ki, 2024-cü il prezident seçkiləri çərçivəsində Manhettendə Baydenin təşviqat tədbirinin keçiriləcəyi binanın ətrafına toplaşan Nyu-York Polis Departamentinin (NYPD) qrupları ilə etirazçılar arasında münaqişə yaşanıb.
Belə ki, Nyu-Yorkun 5-ci prospektində ABŞ prezidentini Qəzzada İsrailin soyqırımına dəstək verməkdə ittiham edən və əksəriyyəti yəhudi əsilli onlarla nümayişçi polislə mübahisədən sonra saxlanılıb.
Məhəmməd Tağıyev
çap et