525.Az

ABŞ-dən qaçan şübhəli Keniya polisindən də qaçıb


 

ABŞ-dən qaçan şübhəli Keniya polisindən də qaçıb<b style="color:red"></b>

ABŞ-də qətl törətdikdən sonra Keniyaya qaçan Kelvin Kangete saxlandığı polis təcridxanasından qaçıb.

525.az xəbər verir ki, sevgilisini öldürdüyü üçün ABŞ-də axtarışda olan 41 yaşlı Keniya əsilli Kelvin Kangetenin qətldən sonra Boston Loqan hava limanından Keniyaya qaçdığı müəyyən edilib.

Keniyada tutularaq ABŞ-ə ekstradisiya edilmək üçün polis
bölməsində saxlanılan Kangete, vəkili ilə görüşmək üçün kameradan çıxıb və qaçaraq ictimai nəqliyyatla bölgəni tərk edib.

Qeyd edək ki, qaçışdan sonra mərkəzdə çalışan bir vəkil və 4 polis əməkdaşı saxlanılıb.

Məhəmməd Tağıyev

 





08.02.2024    çap et  çap et