525.Az

Bakıda evdən 35 min manatlıq qızıl oğurlanıb


 

Bakıda evdən 35 min manatlıq qızıl oğurlanıb<b style="color:red"></b>

Bakının Yasamal rayonunda evdən 35 min manatlıq qızıl oğurlanıb.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində mənzillərin birindən 35000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bəhruz Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

 





09.02.2024    çap et  çap et