Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiyanın “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin bombalanmasını terror aktı adlandırıb.
525.az xəbər verir ki, o, "RİA Novosti" ilə söhbətində İsveç tərəfindən istintaqın başa çatmasını şərh edib.
“Bu, Avropanın strateji infrastrukturuna terror hücumu idi. Strateji və Avropa təhlükəsizliyi məsələsi olan təhlükəsiz enerji təchizatımıza hücum”, - deyə o bildirib.
Bu baxımdan Macarıstan hadisənin lazımi səviyyədə araşdırılmamasını məsuliyyətsiz və qəbuledilməz hesab edir. Siyerto qeyd edib ki, boru kəmərlərində baş verən partlayışdan yüzlərlə gün keçib, lakin heç bir ciddi araşdırma aparılmayıb və heç bir təfərrüat ictimaiyyətə açıqlanmayıb.
Havar Şəfiyeva
çap et