Rusiyada təbii qaz boru kəmərində güclü partlayış baş verib, partlayışdan sonra başlayan yanğında 6 nəfər xəsarət alıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Perm vilayətində təbii qaz kəmərində baş verən partlayış ətraf mühitə ciddi ziyan vurub.
Kəmərdən çıxan alov yaxınlıqdakı kənddəki evlərə də keçib. Yanğın nəticəsində 2-si uşaq olmaqla, ümumilikdə 6 nəfər xəsarət alıb.
Partlayışdan sonra kənd boşaldılıb və yanğın nəzarətə götürülüb.
Perm qubernatorluğu partlayışla bağlı istintaq başladıldığını açıqlayıb.
Malik Atilay
çap et