525.Az

Finlandiya-Rusiya sərhədi 2 ay daha bağlı qalacaq


 

Finlandiya-Rusiya sərhədi 2 ay daha <b style="color:red">bağlı qalacaq</b>

Finlandiya, “qanunsuz mühacir axınına” qarşı Rusiya ilə sərhədini bağlamaq qərarını aprelin 14-dək uzaddığını açıqlayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Finlandiyanın daxili işlər naziri Mari Rantanen paytaxt Helsinkidə keçirilən mətbuat konfransında çıxış edib.

Rusiyadan “immiqrasiya”nın Finlandiyanın milli təhlükəsizliyi və ictimai asayişi üçün “ciddi təhdid” yaratdığını deyən Rantanen, Moskvanın mühacirləri Finlandiya sərhədinə doğru istiqamətləndirən “hibrid əməliyyatını” dayandırdığına dair heç bir əlamət görmədiklərini bildirib.

Rantanen bu səbəbdən Rusiya ilə sərhədin bağlanması qərarının aprelin 14-dək uzadıldığını bəyan edib.

Malik Atilay

 





09.02.2024    çap et  çap et