525.Az

Gürcüstanda torpaq sürüşməsi - Ölənlərin sayı 11-ə yüksəlib


 

Gürcüstanda torpaq sürüşməsi - <b style="color:red">Ölənlərin sayı 11-ə yüksəlib</b>

Gürcüstanda leysan yağışların səbəb olduğu torpaq sürüşmələrində həyatını itirənlərin sayı 11-ə yüksəlib.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyindən verilən açıqlamada İmereti və Acarıstan bölgələrində güclü yağışlardan sonra baş verən sürüşmə nəticəsində bəzi insanların torpaq altında qaldığı bildirilib.

Açıqlamada, İmereti bölgəsinin Bağdati Bələdiyyəsinin Nergeeti kəndində 200 nəfərlik axtarış-xilasetmə qrupunun işi nəticəsində 9 nəfərin cəsədinin çıxarıldığı və axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.

Qeyd edək ki, Acarıstan bölgəsinin Xulo bələdiyyəsinin Tsoniaris və Txilvana kəndlərində torpaq sürüşməsi nəticəsində iki nəfər həyatını itirib.

Malik Atilay

 





09.02.2024    çap et  çap et