525.Az

Ötən il Fransada istilərdən 5 mindən çox insan ölüb


 

Ötən il Fransada istilərdən 5 mindən çox insan <b style="color:red">ölüb</b>

Fransada 2023-cü ildə həddindən artıq istilər səbəbindən 5 mindən çox insanın öldüyü bildirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, İctimai Səhiyyə Təşkilatından tədqiqatçı Guillaume Boulanger, mətbuat şərhində, 2023-cü ilin yay aylarında ölümlərin 3 faizinin həddindən artıq istidən qaynaqlandığını bildirib.

Boulanger, 2023-cü ilin yayında 5 mindən çox insanın həyatını itirdiyini bildirib. Bu insanların təxminən 3700-ü 75 və yuxarı yaşda olan insanlardır.

Qeyd edək ki, Fransada 2023-cü il son illərdə həddindən artıq istilər səbəbindən ən çox ölüm hallarının qeydə alındığı illərdən biri olub.

Malik Atilay

 





09.02.2024    çap et  çap et