ABŞ Qırmızı dənizdə hücumlar üçün təlim keçən Yəmən husi milislərinin iki mobil gəmi əleyhinə qanadlı raketini vurub.
525.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı özünün "X" hesabında məlumat yayıb.
""CENTCOM" bu raketləri Yəmənin husilərin nəzarətində olan ərazilərində aşkar edib və onların ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və regiondakı ticarət gəmiləri üçün təhlükə yaratdığını dərhal müəyyən edib", - deyə komandanlıq bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Yəmən üzrə xüsusi nümayəndəsi Tim Linderkinq bildirmişdi ki, Vaşinqton Qırmızı dənizdə vəziyyətin deeskalasiyası üçün fəal diplomatiya aparır. Amerika tərəfi də regiondakı vəziyyəti həll etmək üçün husilərə güzəştə getməyə hazır olduğunu təsdiqləyib.
Havar Şəfiyeva
çap et