525.Az

Yüz ilimin sədası


 

Yüz ilimin sədası<b style="color:red"></b>

Təranə ARİFQIZI
 

Naxçivan Muxtar Respublikasının 100 illiyinə


Qanımız səpələnib bu yurdun yarasına,
Addım-addım sarıyıb torpağa can demişik.
Yüz ilin zəfərində Naxçıvanın payı var,
Yumruq kimi birləşib “Azərbaycan!” demişik.

Hər atılan caynağa polad sinələr verib,
Kecmişik biz tarixin alovlu sınağından.
Dünənim bu ğunümdə dolaşır sirli-sirli,
Birləşib yollar açır sabahın sorağında. 

Sən, Muxtar Respublikam, tarixin əlifbası,
Min illər tarix yazan insanların var olub.
Rəssamın qaya üstə, şairin qəlbə yazıb,

Qəhrəman oğulların igidliyi car olub.

Yüz ildir ayrılmısan doğma qardaşlarından,
Qovuşmağa bir addım, bir anlıq nəfəs qalıb.
İndi addım atırıq Zəngəzur yollarında,
“Zəngəzur-Azərbaycan!” deməyə bir səs qalıb.

Yüz ilin zirvəsinə bir zirvə də tən gəlir,
O, Heydər zirvəsidir, əsrimizin insanı.
Bütövlük, azadlıq var yüz addımın sonunda,
İlham - qalib liderdir, yurdun övladın tanı!

Yüz ildir dalğalanır muxtariyyət sədası,
Tarixə möhür vurub üçrəngli al bayrağım!
Naxçıvan bu torpağın yenilməyən zəkası,
Yaşa, Nuhun diyarı, yaşa, azad torpağım!

Anam Azərbaycanım, yüz yaslı ovladınam,
Səninlədir sevincim, səninlədir kədərim.
Bir körpə uşaq kimi başımda sığalın var,
Şərqin qapısı oldum, sənsən mənim öndərım!

 





09.02.2024    çap et  çap et