525.Az

Dövlət Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edəcək


 

Dövlət Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 14-də Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Komitədən 525.az-a verilən məlumata grə, qəbul saat 11:00-da Xaçmaz şəhər Tarix Diyarşünaslıq muzeyi (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 1)  keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (023) 335-22-70, (051) 225-47-77, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

Sevinc Qarayeva 

 





09.02.2024    çap et  çap et