525.Az

"Qarabağ"a "Braqa" ilə səfər oyunu üçün 1500 yer ayrılıb


 

"Qarabağ"a "Braqa" ilə səfər oyunu üçün 1500 yer ayrılıb<b style="color:red"></b>

UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa” (Portuqaliya) ilə səfər matçını stadiondan izləmək istəyən "Qarabağ" azarkeşləri üçün 1500 ədəd bilet ayrılıb.

QOL.az xəbər verir ki, Ağdam klubunun bununla bağlı yaydığı məlumatda qeyd olunub ki, biletlər oyun günü - fevralın 15-i yerli vaxtla saat 18:00-dan etibarən “Estadio Municipal de Braga” stadionunun 1-ci qapısında - A09 və A10 sektorlarının qarşısında satılacaq.

Biletin qiyməti: 40 avrodur. Bilet almağa gələrkən azarkeşlərin özü ilə şəxsiyyəti təsdiq edən sənəd götürmələri tələb olunur.

 





09.02.2024    çap et  çap et