525.Az

İran ABŞ-nin Bağdada hücumunu terror aktı adlandırıb


 

İran ABŞ-nin Bağdada hücumunu terror aktı adlandırıb<b style="color:red"></b>

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani ABŞ-nin İraqın paytaxtı Bağdadda pilotsuz uçuş aparatının hücumunu kəskin şəkildə pisləyib və bunu terror aktı kimi qiymətləndirib.

525.az xəbər verir ki, Kenani verdiyi yazılı açıqlamada sözügedən hərəkətin İraqın milli suverenliyi və ərazi bütövlüyünün pozulması və bunun beynəlxalq hüquq və prinsiplərə zidd olduğunu bildirib.

Kenani: "ABŞ CENTCOM qüvvələri sionist rejimin (İsrail) məzlum Fələstin xalqına qarşı törətdiyi cinayətlərə tam dəstəyini davam etdirməsi istiqamətində Bağdadda təcavüzkar hücum həyata keçirib", - deyib.

Məhəmməd Tağıyev

 





09.02.2024    çap et  çap et