525.Az

Yaponiyada suya radioaktiv maddələr sızdıran operator üzr istədi


 

Yaponiyada suya radioaktiv maddələr sızdıran operator üzr istədi<b style="color:red"></b>

Fukusima Dai-içi Atom Elektrik Stansiyasından tərkibində radioaktiv maddələr olan suyun sızması ilə əlaqədar stansiyanın operatoru şirkət ictimaiyyətdən üzr istəyib.

525.az xəbər verir ki, "Tokyo Electric Power" (TEPCO) operatorunun Fukuşima Dai-içi direktoru Taminami Tatsuya sızma ilə bağlı açıqlamasında ictimaiyyətdən üzr istəyib.

"Biz Fukusima əhalisini və ümumilikdə cəmiyyəti narahat etdik", - deyilən açıqlamada sızmanın elektrik stansiyası şəhərciyindən kənar ətraf mühitə təsir etmədiyi vurğulanıb.

Məhəmməd Tağıyev

 





09.02.2024    çap et  çap et