525.Az

Bayden: Mənim yaddaşım yaxşıdır


 

Bayden: Mənim yaddaşım yaxşıdır<b style="color:red"></b>

ABŞ prezidenti Co Bayden evində tapılan məxfi sənədlərlə bağlı hesabatını açıqlayan xüsusi prokuror Robert Hur-a yaddaş və qocalığı ilə bağlı saxta ittihamlar irəli sürdüyü əsası ilə reaksiya verib.

525.az xəbər verir ki, ABŞ prezidenti Bayden axşam saatlarında Ağ Evdə keçirdiyi mətbuat konfransında xüsusi prokuror Hur-un yeni açıqladığı hesabatı dəyərləndirib.

Evində tapılan məxfi sənədlərlə bağlı faylların çoxunun özünün deyil, məmurların daşıdığını və məxfi faylları bilərəkdən saxlamadığını müdafiə edən Bayden: "Hesabatda mənə qarşı heç bir ittiham irəli sürülməyib və bu, həqiqət idi. Lakin mənə yaddaşımın yaxşı olmadığı deyildi, mənim yaddaşım yaxşıdır. Oğlumun öldüyü il yadımda deyil deyildi, bunu necə cəsarətlə edirlər, bunu kim unuda bilər?", - ifadəsini işlədib.

Məhəmməd Tağıyev

 





09.02.2024    çap et  çap et