ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə husilərə məxsus partlayıcı yüklü pilotsuz suüstü nəqliyyat vasitələri və gəmi əleyhinə qanadlı raketlərə qarşı 7 hücum təşkil etdiyini açıqlayıb.
525.az xəbər verir ki, CENTCOM dünən verdiyi açıqlamada: "ABŞ fevralın 8-i yerli vaxtla saat 05:00-21:00 arasında Qırmızı dənizdəki gəmilərə doğru atılmağa hazırlaşan husilərə məxsus 4 pilotsuz suüstü vasitə və 7 gəmi əleyhinə qanadlı raketə qarşı özünümüdafiə məqsədilə 7 hücum həyata keçirib", - deyə bildirilib.
Qeyd edək ki, husilər dünən ABŞ və Böyük Britaniyanın ölkənin şimal-qərbindəki Səda şəhərini hədəf aldığını bildirmişdi.
Məhəmməd Tağıyev
çap et