525.Az

“Qaçqın olduğunu bilirdim, amma...”


 

“Qaçqın olduğunu bilirdim, amma...” <b style="color:red"></b>

Qulaq hər gün bir söz eşitməsə, kar olar” – deyiblər. Ancaq nədənsə ayağının altında qaldığımız günlərin birində işə gələrkən, metroda eşitdiyim bir söz qulaqlarımı kar elədi.

 

Metroda təsadüfən iki şıltaq qızın söhbətinə qulaq müsafiri oldum. Biri lap şıltaq idi, o birisi bir az. Biri dilini heç dinc qoymurdu. Elə danışırdı. O birisi ancaq cavab verirdi. Qızlardan birilap şıltaq olanı qəflətən uca səslə gülə-gülə dedi: “Qaçqın olduğunu bilirdim, amma bu qədər yox”. Qatar qəfil dayandı. Elə bil bu sözü qatar da eşitdi  elə bil qatar udqundu. Dərindən nəfəs alıb yenidən yola düzəldi. Qatar neyləsin? Qızın rəfiqəsi başını aşağı dikdi. Utandı. O qız mənim gözümdə nədənsə, yekə bir sual işarəsinə döndü. Bu sualın cavabı çox idi. Elə bil imtahan verirdim. Düşündüm ki, bu sözlər müharibə şəraitində olan bir ölkə vətəndaşının dilindən necə səslənə bilər? Buna qulaq müsafiri olmaq isə çox acı, çox ağır idi. mən o saat hiss elədim ki, bu imtahandan kəsiləcəyəm. Görəsən, baş vermişdi? O qızı özündən çıxaran idi? Anladığım qədəri ilə rəfiqəsi bu qızın ayağını tapdamışdı. O da bunu dözməyib deyib ki, qaçqın olduğunu bilirdim, amma...

 

Bu adi bir sözdür. Ancaq bu sözün kökündə qədər böyük bir yara var. hər dəfə bu sözü eşidəndə içimdəki yaranın yeri səməni kimi təzədən göyərir. Bircə ayağına toxunulmuşdu. O da bunu belə qarşıladı: “Qaçqın olduğunu bilirdim, amma...” Suala cavab tapa bilmirəm.

 

O qız bununla demək istəyirdi? O, bilmirdimi ki, dediyi sözün ağırlığını çəkəcək yaşda çəkidə deyil? Çox balacadı. Bu xanım bir ayağının tapdanmasına dözə bilmir, bəs evindən-eşiyindən didərgin salınan, təkcə ayaqları deyil, mənlikləri, şəxsiyyətləri, qürurları, yurd-yuvası tapdanmış bu ayrılığa 20 ildir dözən, dözdükləri hər gün isə ölən, doğma torpaqlarını görmədən dünyasını dəyişən insanlar neyləsin? Nədir onların günahı? Evsiz-eşiksiz qalmalarımı? Ata-baba məzarlarının tapdaq altında inildəməsimi? Budurmu onların günahı? Bəs o qız... Görəsən, o qız heç Qarabağın adını eşidibmi, bilirmi? Mən heç Lilpər bulağını, Soltan Heydər yoxuşunu, Qaranlıq dərəni, Min kəndi demirəm. 1 milyondan çox insanın taleyi haqqında nəsə bilirmi? Bilmir. Bilsə bu sözdən sonra aydın oldu ki, bilmir. Bilsəydi, o sözü dilinə gətirməz, onları lağa qoymazdı. Niyə bizim bu gənc qızımız bu qədər balacalaşıb? Özü içi balacalaşıb. Hər 26 fevralda böyrü üstə uzanmış o balaca qızın şəkli yadıma düşür. O qız Xocalıda öldürüləndə 4 yaşı olardı. Ancaq indi onun 26 yaşı var. O böyüdü. Bəs sən niyə böyümədin, “qaçqın olduğunu bilirdim, amma...” deyən qız qızlar, oğlanlar! Yoxsa boyu uzandıqca içi balacalaşan adamlar bəyliyi, kişiliyi gözdən saldılarmı? Neçə gündür bir qızın özündən böyük danışdığı bu sözlərin təsirindən çıxa bilmirəm. Yadıma orta məktəbin sonuncu illəri düşür. Gəncə şəhəri ilk 3 şəhidini vermişdi. Biz isə itirdiyimiz igidlərimizi ağlayırdıq, “Abbasqulum, Ruzigarım, Bəxtiyarımşeirini dillər əzbərinə çevirmişdik, “Boynu bükük Qərənfiladlı səhnəciklə az qala məktəbimizin tavanlarını silkələşmişdik, yeri-göyü ağlatmışdıq.

 

İndi baş verib? dəyişib? Niyə bir çox gənclərimizdə vətənpərvərlik ruhu bu qədər aşağı səviyyədədir? Bir vaxtlar Əsgəranda Əli Bəxtiyarı şəhid verəndə, xocalılar qanına qəltan ediləndə, Qərbi Azərbaycanlılar torpaqlarından uzaqlaşdırılıb yollarda erməni güllələrinə tuş gələndə biz deyildikmi birlik, həmrəylik nümayiş etdirən, cəbhə bölgələrindən hazırlanmış yazıları əl-əl gəzdirən, çıxartdığımız qəzetlərdə elan verib, onu cırmamağı, atmamağı, yaxında, qonşuda, xaricdə yaşayan soydaşlarımıza göndərməyi xahiş edən? Niyə  hər şey belə tez unuduldu? ATƏT-in Minsk qrupunun tez-tez dəyişən müxtəlif xarakterli həmsədrləri kimi biz niyə ikibaşlı olduq, ikibaşlı düşündük? Yoxsa BMT-nin məlum 4 qətnaməsini hər gün xatırladan dünya birliyinin buna hələ dözdüyünün ifadə edən şüarlardan bezdik?

 

Bəs cavan qız oğlanlarımızın şüurunu necə dəyişək? Toplamı, tüfəngləmi?!! Niyə bizim bir çoxları itirilmiş torpaqlarımızın işğal tarixi bir yana, ərazilərin hansının Dağlıq, hansının ətraf Qarabağa aid olduğunu soruşanda dilləri topuq vurur?! Yoxsa hər gün işğal tariximizi sadalayaq, bəlkə qışqıraraq azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasının üç mərhələdə – 1905-1920, 1948-1953 1988-1992 aparıldığını, bu proseslər zamanı ermənilərin yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan etdiyini, uşaq qadınların da daxil olduğu 140 min insanın vəhşicəsinə qətlə yetirildiyini, 750 mindən artıq azərbaycanlının didərgin salındığını, bu sayın sonuncu deportasiyada 200 mindən çox olduğunu elan edək. Baxın, qışqırıram. Heç olmasa qulaq asın.

 

Qaçqın ömrü yaşayan insan üçün hər şey çətindir. Onun dərdini, yaşantılarını, itirdiklərini dərk etmək üçün onun özü olmaq (Allah eləməsin) gərəkdir. Bəlkə bizim sevgimiz ölüb, istəyimiz tükənib? Ölməsin, nolar ölməsin! Sevmək, ona bağlanmaq, onunla yaşamaq lazımdır... Millətinə, onun gücünə, ordusuna, dövlətinə güvənmək, qalib gəlmək üçün birləşməyə inanmaq onu təlqin etmək gərəkdir...

 

...Növbəti stansiyaElmlər Akademiyası”... Qızlardan ayrılmaq üzrəyəm. Birdən nəzərlərim qəhrəmanımın əlindəki hüquqla bağlı kitaba yönəlir. Qulağına pıçıldayıram: “Bunu oxumaq sənə çox lazımdır!!! Yaxşı oxu!!!”

 

 





08.11.2012    çap et  çap et