525.Az

Ukrayna Quru Qoşunlarına yeni komandan təyin olunub


 

Ukrayna Quru Qoşunlarına yeni komandan təyin olunub<b style="color:red"></b>

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin olunub.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk özünün teleqram kanalında yazıb.

O bildirib ki, sözügedən vəzifəni bundan sonra Oleksandr Pavlyuk icra edəcək.

Məlumat üçün bildirək ki, Pavlyuk indiyə kimi Ukrayna müdafiə nazirinin birinci müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, fevralın 8-nə qədər general-polkovnik Aleksandr Sırski Quru Qoşunların komandanı idi. O, general-polkovnik Valeri Zalujnı vəzifəsindən azad edildikdən sonra baş komandan təyin edilib.

 





10.02.2024    çap et  çap et