525.Az

ABŞ-də helikopter qəzası - 6 nəfər öldü


 

ABŞ-də helikopter qəzası - <b style="color:red">6 nəfər öldü</b>

ABŞ-nin Kaliforniya ştatının Nipton şəhərində Nevada sərhədi yaxınlığında göyərtəsində altı nəfərin olduğu “Eurocopter EC 130” helikopteri qəzaya uğrayıb.

525.az-ın xəbərinə görə, bu barədə NBC televiziyası ABŞ-nin Federal Aviasiya Administrasiyasına istinadən məlumat verib.

Məlumata görə, hadisə nəticəsində sağ qalan tapılmayıb.

Federal Aviasiya Administrasiyası və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başlayıb.

 





11.02.2024    çap et  çap et