525.Az

ABŞ Türkiyəyə “F-16”ların satışını təsdiqlədi


 

ABŞ Türkiyəyə “F-16”ların satışını <b style="color:red">təsdiqlədi</b>

ABŞ Konqresi Türkiyəyə 40 yeni “F-16” qırıcısının satışı və mövcud “F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Amerikanın Ankaradakı səfirliyi özünün “X” səhifəsində məlumat yayıb.

Amerikanın Türkiyədəki səfiri Cefri Fleykin bəyanatında deyilir:

“Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş “F-16” təyyarəsi almasına razılıq verməsi irəliyə doğru atılmış böyük addımdır. Türkiyənin “F-16” donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir”.

 





11.02.2024    çap et  çap et