525.Az

Filippində torpaq sürüşməsi - 37 ölü


 

Filippində torpaq sürüşməsi - <b style="color:red">37 ölü</b>

Filippinin cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 37-yə çatıb.

525.az “Report”a istinadən xəbər verir ki, yerli məmur Edvard Makapilinin sözlərinə görə, 32 nəfər xəsarət alıb, daha 77 nəfər itkin düşüb.

Hələ də sağ qalanların olub-olmaması ilə bağlı sualı cavablandıran E. Makapili bunun çətin olduğunu, lakin axtarışların davam etdiriləcəyini bildirib.

Rəsmi əlavə edib ki, 300-dən çox insanın iştirak etdiyi xilasetmə işləri güclü yağışlar və yeni sürüşmə təhlükəsi səbəbindən dayandırılıb, lakin fevralın 11-də bərpa edilib.

 





11.02.2024    çap et  çap et