525.Az

Xəstəxananın həyətində bıçaqlanma


 

Xəstəxananın həyətində bıçaqlanma<b style="color:red"></b> Bakıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 12-də Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 9 saylı Ağ ciyər və vərəm Dispanserinin həyətində, orada müalicə alanlardan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Bəhramov münaqişə zəminində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Tahir Quliyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Xəzər Rayon Polis İdarəsi  tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
 





13.09.2014    çap et  çap et