Fransa prezidenti Emmanuel Makron Ukraynaya səfərini təxirə salıb.
525.az APA-ya istinadən xəbər verir ki, Makron Ukrayna səfərini təhlükəsizlik səbəbi ilə təxirə salıb.
Nəşrin yazdığına görə, Fransa prezidentinin bu qərarı ukraynalı diplomatlar üçün gözlənilməz olub. Çünki, Makronun fevralda Ukraynaya səfəri zamanı təhlükəsizlik təminatlarına dair ikitərəfli sazişin imzalanacağını elan edəcəyi gözlənilirdi.
çap et