525.Az

FHN AMAY-da baş verən yanğınla bağlı məlumat yayıb


 

FHN AMAY-da baş verən yanğınla bağlı məlumat yayıb<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyi AMAY Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli "AMAY" MMC Ticarət mərkəzinin 4-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kv.m sahədə və 2-ci mərtəbədən dam örtüyünə qədər şaxtadan keçən kabellər və plastik borular 45 p.m yanmış, yüksək temperaturdan yuxarı mərtəbələrdə 4 ədəd kondisionerlərin üzlükləri əriyib.
 
Hadisə zamanı yanğınsöndürənlər və işçi personal tərəfindən binadan 150 nəfər insan təxliyə olunub.
 
Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın saat 11:12-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 





13.09.2014    çap et  çap et