525.Az

Ağstafada avtomobil yük qatarına çırpılıb


 

Ağstafada avtomobil yük qatarına çırpılıb<b style="color:red"></b> Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,  Ağstafa rayonunun Muğanlı kəndində qorunmayan keçiddə Qarayazı kənd sakini Anar Həşimov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yük qatarına çırpıb.

Avtomobildəki sərnişinlərindən Şaiq Bəhrəmov hadisə yerində ölüb, A.Həşimov və digər 1 sərnişin xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
 





13.09.2014    çap et  çap et