Polşa hökuməti fermerlərin ümummilli etirazını dəstəkləyir.
525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və ərzaq naziri Çeslav Şekerski bildirib.
Nazirliyinin rəhbəri: “Fermerlərin öz gələcəkləri üçün qorxmağa əsasları var və Ukraynadan mal axınının məhdudlaşdırılmasını tələb edirlər”, - deyib.
Onun sözlərinə görə, Polşa hakimiyyəti vətəndaşların istəklərini mümkün qədər təmin etməyə çalışır.
Qeyd edək ki, “Həmrəylik” həmkarlar ittifaqının polşalı fermerlərinin ümumi tətil keçirəcəyi və Ukrayna ilə sərhədi bağlayacağı gözlənilir.
Havar Şəfiyeva
çap et