525.Az

Aİ Rusiyaya yeni sanksiya tətbiq edərsə, Moskva cavab verəcək -Rusiya XİN


 

Aİ Rusiyaya yeni sanksiya tətbiq edərsə, Moskva cavab verəcək -<b style="color:red">Rusiya XİN</b>

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edərsə, Moskva cavab tədbirləri görəcək. 

525.az TASS-a istinadən xəbər verir ki, Aİ-nın qarşıdan gələn 13-cü sanksiyalar paketinə cavabını Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Aleksandr Qruşko açıqlayıb.

“Birincisi, bu sanksiyaların təsirini minimuma endirmək üçün tədbirləri, ikincisi, zəruri hesab etdiyimiz cavab tədbirlərini əhatə edən müvafiq qərarlar qəbul ediləcək”, - deyə başçı müavini bildirib.

Bundan əvvəl məlum olub ki, 13-cü sanksiyalar paketinə rus diplomatlarının Şengen zonasına səfərinə məhdudiyyətlər daxil ola bilər.

Havar Şəfiyeva

 





12.02.2024    çap et  çap et