525.Az

Sosial şəbəkələr artıq çəkidən xilas olmağa kömək edəcək


 

Sosial şəbəkələr artıq çəkidən xilas olmağa kömək edəcək<b style="color:red"></b> Sosial şəbəkələrdə pəhrizlərlə və fiziki təmrinlərlə bağlı bir çox tematik söhbətlər aparılır, həqiqətən arıqlamaq istəyən adamlara real kömək göstərən bir sıra proqramlar mövcuddur.
 

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, alimlər əminliklə bildirirlər ki, sosial şəbəkələr artıq çəkidən xilas olmaq istəyən adamların köməyinə gələ bilər.
 
Bu məqsədlə Avstraliya, Asiya, Avropa və ABŞ-dan olan iki mindən çox adamın iştirakı ilə araşdırma aparılıb. Alimlər ideal fiqura nail olmaq üçün köməkçi amil kimi sosial şəbəkələrin səmərəliliyini sübut ediblər.
Sağlamlıq məqsədilə internetin xidmətlərindən istifadə edən insanlar artıq çəkidən daha asanlıqla və daha effektiv şəkildə azad olurlar.
 
Qeyd etmək lazımdır ki, anonimlik və oxşar problemləri olan həmsöhbətlər tapmaq imkanı artıq çəki problemini aradan qaldırmağa və əhvalı yüksəltməyə kömək edir, - “Medvesti” yazır.
 





13.09.2014    çap et  çap et