https://525.az/img/pics/medium/2024-02/305064_w0myai3kvn.jpg “525-ci qəzet”in 29 fevral sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-02/304938_us6t09aqpx.jpg Məktəbdəki Füzuli: şairin irsinin tədrisi tarixinə bir nəzər -  Məhəmməd Füzuli - 530
https://525.az/img/pics/medium/2024-02/304940_dubgs963md.jpg Əsrin daş yaddaşındakı əbədi iz -  Məşədixanım Nemət - 100
search
28 Fevral 2024

"Millimiz qrupda ən yüksək yeri tutmağa qadirdir" - Aleksey İsayev

"Millimiz qrupda ən yüksək yeri tutmağa qadirdir" -  Aleksey İsayev

“Qarabağ”ın futbolçusu Aleksey İsayev Misli Premyer Liqasının 22-ci turunun "Sabah"la oyunundan (3:3) sonra jurnalistlərə açıqlama verib. 

QOL.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi əvvəlcə sabiq komandasına qarşı oyunla bağlı təəssüratlarını bölüşüb: “Mən peşəkaram. Fərqi yoxdur kimə qarşı oynayıram. Meydana çıxıb öz işimi görməliyəm. Deməzdim ki, qeyri-adi emosiyalarım var. Mənim üçün adi oyun idi. Sadəcə hər oyun qələbə qazanmaq lazımdır. Kubok oyunu haqda heç nə deyə bilmərəm, meydanda olmamışdım. Bu oyunda isə iki penalti oldu və Tellur Mütəllimov möhtəşəm qol vurdu. Telluru təbrik edirəm, gözəl qol idi”. 

İsayev qeyd edib ki, penalti zərbələrini yerinə yetirmək üçün ona vaxt lazımdır: “Əlbəttə ki, cərimə zərbələrinə də, penaltilərə da yaxınlaşmaq istəyirəm. Lakin hər şeyin öz vaxtı var. Addım-addım buna nail olacağam”. 

O, “Sabah”a qarşı son iki oyunda “Qarabağ”ın ümumi 7 qol buraxması haqda bildirib: “Hesab edirəm ki, 7 qol çoxdur. Daha yaxşı çalışacağıq. Səhvlərimizin üzərində işləyəcəyik”. 

A.İsayev Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə qarşıdan gələn oyun haqda da söz açıb: “Ən maraqlı və çətin oyunumuza hazırlaşacağıq. Ümid edirəm ki, evə müsbət nəticə ilə qayıdacağıq. Öz oyunumuzu oynamalıyıq. Biz bunu bacararıq. “Braqa” yaxşı komandadır. Bunu hamı bilir. Ona görə də çox ciddi hazırlıq olacaq”. 

“Sabah”ın sabiq yarımmüdafiəçisi Murad Musayevin gedişindən sonra komandanın oyununun dəyişdiyini qeyd edib: “Gördüyüm qədər oyun taktikaları dəyişilib. Rəqibi mərkəzdən qarşılamağa başlayıblar. Aqressiv pressinq yoxdur. Heyətdə bir az rotasiyaya yer verilib. Demək olar ki, bizə qarşı əks-hücumlarda oynayırdılar. Kubokun cavab oyununda da belə idi. Əlbəttə ki, oyun tərzi dəyişilib”. 

Azəbaycan millisinin üzvü UEFA Millətlər Liqasının püşkatması haqda da danışıb: “Maraqlı qrupdur. Rəqiblərin hamısına qalib gəlmişik, ona görə oyunlara qalib gəlmək üçün çıxacağıq. Düşünürəm ki, biz qrupda ən yüksək yeri tutmağa qadirik. Bu mənim şəxsi fikirlərimdir. Bəli, çox çətin olacaq. Slovakiya, İsveç çox yaxşı yığmalardır. Bu isə daha da maraq yaradacaq. Rəqib nə qədər güclüdürsə, bir o qədər də oyun maraqlı keçir. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”. 


“Qarabağ”ın futbolçusu “Azərbaycan millisinin məşqçi postunda kimi görmək istəyirsiniz” sualına belə cavab verib: “Düzünü desəm, heç bir məlumatım yoxdur. Sadəcə istəyirəm ki, bizim millimizi, mentalitetimizi anlayan biri olsun. Bizə kömək etsin ki, istədiyimiz nəticəyə nail olaq. Kim olsa çalışacağıq. Misal üçün, Qurban Berdıyev və ya Murad Musayev Qafqaz mentalitetini yaxşı anlayır. Fikrimcə, əcnəbi məşqçilərdən onlar üçün daha rahat olar.  Yerli məşqçilər isə onsuz da bizim futbolumuzu anlayırlar. Kim olur, olsun. Əsas odur ölkəmizi və azarkeşləri sevindirə bilək, yaxşı oyun göstərə bilək. Hesab edirəm ki, bu nəsil yaxşı futbol göstərməyə qadirdir”. 

A.İsayev “Qarabağ”a uyğunlaşmaq prosesinin uğurlu olduğunu da qeyd edib: “Hər şey yaxşıdır. Çox gözəl qarşıladılar. Buna görə “Qarabağ"a minnətdaram. Bundan yaxşısını arzulaya bilməzdim. Hamısı peşəkar və yaxşı insanlardır. Adaptasiya yavaş-yavaş alınır. Artıq özümü daha yaxşı hiss edirəm”. 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.