Hindistan Qətərdə casusluq ittihamı ilə edama məhkum edilən 8 vətəndaşının sərbəst buraxıldığını açıqlayıb.
525.az xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama verib. Açıqlamada Qətərdə edam cəzasına məhkum edilən 8 Hindistan vətəndaşı olan zabitin sərbəst buraxıldığı bildirilib. Sərbəst buraxılan 8 nəfərdən 7-i Hindistana qayıdıb.
Qeyd edək ki, həbs edilən zabitlər gətirildiyi məhkəmədə casusluq ittihamı ilə həbs olunaraq ölüm cəzasına məhkum edilmişdi.
Məhəmməd Tağıyev
çap et