525.Az

Ərdoğan: Turizm gəlirləri 54 milyard dollara çatıb


 

Ərdoğan: Turizm gəlirləri 54 milyard dollara çatıb<b style="color:red"></b>

Türkiyənin turizm gəlirləri 2023-cü ilə nisbətən 17 faiz artaraq 54 milyard dollara çatıb.

525.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

Bildirib ki, dünyadakı bütün mənfiliklərə baxmayaraq, Türkiyə hədəflərinə doğru əzmlə irəliləyir: “Ötən il ölkəni 57 milyon turist ziyarət edib”.

“Beynəlxalq sərmayəçilər arasında Türkiyə iqtisadiyyatına inamın artması bizi sevindirir”, - Ərdoğan qeyd edib.

 





12.02.2024    çap et  çap et