525.Az

Fransada ictimai yerlərdə mobil telefon qadağası


 

Fransada ictimai yerlərdə <b style="color:red">mobil telefon qadağası</b>

Fransanın kiçik qəsəbəsi olan Seine-Portda keçirilən səsvermə ilə ictimai yerlərdə mobil telefondan istifadə qadağan edilib.

525.az xəbər verir ki, Fransada iki mindən az adamın yaşadığı Seine-Port bu mövzuda addım ataraq referendum keçirmişdi. Belə ki, xalq öz səsi ilə ictimai yerlərdə smartfonlardan istifadəni məhdudlaşdırmaq istədiyini göstərib.

Bu qəsəbədə küçədə gedərkən, park skamyalarında oturarkən, kafedə içki içərkən, restoranlarda yemək yeyərkən və ya uşağını məktəbin qapısında gözləyərkən telefondan istifadə etmək kağız üzərində qadağandır. Lakin milli qanunlarda belə bir maddə olmadığı üçün polis telefondan istifadə edənləri cərimələyə bilməyəcək.

Məhəmməd Tağıyev

 





13.02.2024    çap et  çap et