ABŞ Prezidenti Co Baydenin seçki qərargahı fevralın 11-də TikTok sosial şəbəkəsində hesab yaradıb və ilk postu paylaşıb.
525.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Hesabda Baydenin futbolla bağlı sualları cavablandırdığı ilk video yayımlanıb. Nəşr vurğulayır ki, bu addım potensial seçicilərin gənc auditoriyasını cəlb etmək istəyi ilə əlaqədar atılıb.
Qeyd edək ki, 2023-cü ilin fevralında Ağ Ev federal agentliklərə TikTok-u bütün cihazlardan və sistemlərdən silmək üçün 30 gün vaxt verib. Bu qərar Çin hakimiyyətinin tətbiqdən ABŞ vətəndaşlarına casusluq etmək üçün istifadə edə biləcəyi ilə bağlı narahatlıqlara görə verilib.
Havar Şəfiyeva
çap et