525.Az

Filippində torpaq sürüşməsində ölənlərin sayı artıb


 

Filippində torpaq sürüşməsində <b style="color:red">ölənlərin sayı artıb</b>

Filippinin cənubundakı Davao de Oro əyalətində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 54-ə çatıb.

525.az xəbər verir ki, bu barədə "ABS-CBN News" məlumat yayıb.

Daha 63 nəfərin itkin düşdüyü bildirilir.

Qeyd edək ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, təxminən doqquz hektar ərazidə aparılan axtarış-xilasetmə əməliyyatında hərbçilər də daxil olmaqla 500-ə yaxın adam iştirak edir. Sürüşmənin hündürlüyü 30 metrdən 50 metrə qədər ola bilər.

Cümə günü, fevralın 9-da dağıntılar altında təxminən 60 saat qalmış üç yaşlı qız tapılıb.

Xatırladaq ki, sürüşmə çərşənbə axşamı, fevralın 6-da baş verib.

Havar Şəfiyeva

 





13.02.2024    çap et  çap et