525.Az

Sosial müavinətlər üzrə 90 milyon manat ödənilib


 

Sosial müavinətlər üzrə 90 milyon manat ödənilib<b style="color:red"></b>

Bu ilin ilk ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 453 min nəfərə sosial müavinət, 395 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

525.az-a nazirlikdən verilən xəbərə görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz çox olmaqla 90 mln. manat, Prezident təqaüdləri üzrə 4 faiz çox olmaqla 57 mln. manat ödənilib.

2024-cü ilin yanvar ayında 15 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 587 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

 





13.02.2024    çap et  çap et