525.Az

Myanmada qadınlar üçün məcburi hərbi xidmət


 

Myanmada qadınlar üçün <b style="color:red">məcburi hərbi xidmət</b>

Myanmadakı hərbi hökumət ölkədəki gənc kişi və qadınların ən azı 2 il məcburi hərbi xidmət keçəcəyini açıqlayıb.

525.az xarici mediaya əsasən xəbər verir ki, Myanmadakı hərbi hökumət ölkədəki gənc qadın və kişilərin məcburi hərbi xidmət keçəcəyini açıqlayıb.

Açıqlamada 18-35 yaş arası kişilərin və 18-27 yaş arası qadınların ən azı 2 il hərbi xidmət keçməsinin tələb olunduğu bildirilib.

Bəyanatda fövqəladə hallarda hərbi xidmət müddətinin 5 ilə qədər uzadıla biləcəyi, bu təcrübəyə qarşı çıxanların isə 5 il müddətinə azadlıqdan məhrum ediləcəyi bildirilib.

Malik Atilay

 





13.02.2024    çap et  çap et