ABŞ Prezidenti Co Baydenin yaşı ilə əlaqədar ölkədə müzakirələr davam etdiyi bir vaxtda ölkənin vitse-prezidenti Kamala Harris “Mən xidmət etməyə hazıram” mesajı verib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, Harris "Wall Street Journal"a verdiyi müsahibədə mövzu ilə bağlı açıqlama verib.
Müxbir Harrisdən seçiciləri inandırmağa ehtiyac olub-olmadığını soruşub və ona Baydenlə bağlı yaş mübahisələrinin olduğunu xatırladıb. Harris: "Mən xidmət etməyə hazıram. Bununla bağlı heç bir sual yoxdur", - deyib
Vitse-prezident Harris qeyd edib ki, onun liderlik qabiliyyəti başqa insanlar tərəfindən də görülüb.
Malik Atilay
çap et