525.Az

İsveçdə akvaparkda güclü yanğın


 

İsveçdə akvaparkda güclü yanğın<b style="color:red"></b>

İsveçin Göteborq şəhərində tikilməkdə olan akvaparkda yanğın baş verib.

525.az xəbər verir ki, Göteborq şəhərindəki əyləncə parkında tikilmiş akvaparkda naməlum səbəbdən yanğın baş verib. Binanın kənarındakı qurğuda başlayan yanğın qısa müddətdə bütün binanı bürüyüb. Yanğın zamanı parkda ziyarətçilərin və xəsarət alanların olmadığı bildirilib. 

Xilasetmə xidmətlərinin sözçüsü Klas Lüppert: "Tikintidə çoxlu plastik material var. Buna görə də tüstüdən nəfəs almaq sağlam deyil", - deyib.

Məhəmməd Tağıyev

 





13.02.2024    çap et  çap et