525.Az

Kolumbiyada bütün həbsxanalarda fövqəladə vəziyyət elan edilib


 

Kolumbiyada bütün həbsxanalarda fövqəladə vəziyyət elan edilib<b style="color:red"></b>

Kolumbiyada hökumət dəstələrlə mübarizə çərçivəsində ölkədəki bütün həbsxanalarda fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.

525.az xəbər verir ki, Ədliyyə naziri Nestor Osuna keçirdiyi mətbuat konfransında qərarın son həftələrdə həbsxana məmurlarına qarşı törədilmiş zorakılıq hadisələri səbəbindən verildiyini bildirib. 

Osuna: "Milli Həbsxana İnstitutu (INPEC) ilə görüşümüzdən sonra biz fövqəladə vəziyyət elan etmək qərarına gəldik. Məqsədimiz həbsxanalarda mühafizəçilərin təhlükəsizliyini təmin etmək, rüşvətxorluq və korrupsiya hallarını aradan qaldırmaqdır", - deyib.

Qeyd edək ki, hücumların həbsxanalara bağlı dəstə üzvləri tərəfindən həyata keçirildiyi təxmin edilir.

Məhəmməd Tağıyev

 





13.02.2024    çap et  çap et