525.Az

ABŞ rəsmiləri “bubon taunu” halını təsdiqlədi


 

ABŞ rəsmiləri “bubon taunu” halını təsdiqlədi<b style="color:red"></b>

ABŞ-nin Oreqon ştatının səhiyyə rəsmiləri bir vətəndaşda görülən "bubon taunu" xəstəliyini təsdiqləyib.

525.az xəbər verir ki, Oreqon ştatının Desçutes Sağlamlıq İdarəsi fevralın 7-də verdiyi açıqlamada bir vətəndaşda "bubon taunu" aşkar edildiyini bildirərək: "Ev sahibi və heyvanı ilə bütün yaxın təmas edənlər ilə əlaqə saxlanılıb və xəstəliyin qarşısını almaq üçün dərman verilib", - deyə qeyd edib.

Qeyd edək ki, insanlarda vəba simptomları adətən yoluxmuş heyvan və ya birə ilə təmasda olduqdan 2-8 gün sonra başlayır.

Məhəmməd Tağıyev

 





13.02.2024    çap et  çap et